Haqqımızda
Dövlət dəstəyi əsasında “Ulu Aqro” MMC, Qax AqroPark 2017-ci ildə Qax rayonu ərazisində 2076 HA sahədə yaradılmışdır. Aqro Park ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın azaldılması, regionda məşğulluğun artırılması, ənənəvi təcrübəyə əsaslanan müasir metodlardan və ən son texnologiyalardan daha səmərəli istifadə edilməsi, Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması və layiqincə təmsil olunması məqsədilə yaradılıb.
27405m3
Anbar(4 ədəd)
1449,75HA
Əkin Sahəsi
137 ədəd
Texnika
1,091,140kq
Hasilat
İnkişaf
Yarandığı gündən dinamik inkişaf yolu keçən Parkda yüksək keyfiyyət və məhsuldarlığa malik geniş çeşiddə meyvə, tərəvəz və dənli bitkilər yetişdirilir. Məhsullara dəyər əlavə etmək və regionda kiçik və orta biznesi dəstəkləmək şirkətin əsas prinsiplərindəndir.
Keyfiyyətli və beynəlxalq standartlara uyğun sağlam məhsullarımız bizə xarici bazarlarda güclənməyə imkan verir və məqsədlərimizdən biri də “Made in Azerbaijan” brendini bütün dünyada tanıtmaqdır. Eyni zamanda şirkətimiz sosial məsuliyyət proqramlarında iştirak edir.

Saxlama anbarları
Eyni zamanda şirkətimiz sosial məsuliyyət proqramlarında iştirak edir.
İnkişaf
• Parkda yetişdirilən məhsullar dənli bitkilər və meyvə bağları olmaqla iki qrupa bölünür. Bitkiçilik buğda, qarğıdalı, arpa və soya, meyvə bağları isə armud, alma, ərik, gilas, şaftalı, qoz, üzüm və badamdan ibarətdir.
• 700 hektar əkin sahəsində ABŞ istehsalı olan 28 ədəd Vally pivot sistemi quraşdırılmışdır; 650 hektar əkin sahəsi də yağış suyu ilə suvarılır. 750 hektardan çox ərazini əhatə edən meyvə bağları Türkiyə, İspaniya və İsraildən gələn tam avtomatik damcı suvarma sistemləri ilə təchiz edilib.
• Aqroparkda 4500 ton tutumu olan silos tipli anbarlar və 8000 ton taxıl anbarları tikilmişdir.
• Su tələbatı üçün 50.000, 20.000 və 10.000 kubmetrlik 3 su hövzəsi tikilmişdir.
• 99 müxtəlif növ zəruri avadanlıq alınmışdır.