×

Telefon:

+994706503434

Mail:

info@uluagro.az

Site by TimeSoft

© 2024 Uluagro All Rights Reserved

Fəaliyyətlərimiz

ŞAXƏLƏNMƏ

Böyümə həyatın həqiqətidir, güclənmək və daim dəyişən iş mühitinə uyğunlaşmaq üçün zərurətdir. Sürətli böyüməni dəstəkləmək üçün əsas fəaliyyətlərimizlə əlaqədar bir neçə layihə də hazırladıq.
  • Timesoft MMC: İT həlli yollarının inkişafı və inteqrasiyası üçün təsis edilmişdir, vəzifələrə ERP və ya CRM sistemlərinin, digər verilənlər bazası funksiya sistemlərinin təkmilləşdirilmiş formalarının yaradılması daxildir. Timesoft MMC -nin bacarıqlı komandası müştərinin şərtlərinə və planlarına əsaslanan hər növ layihəni idarə etmə imkanına malikdir.
  • Madena MMC: bütün ixrac fəaliyyətlərimizi həyata keçirən və xarici müştərilərə göndərişləri təşkil edən ticarət şirkətidir. İxrac xəritəmizdə artıq Rusiya və Ukrayna var və onu hər il genişləndirməyi planlaşdırırıq.
  • Multimoverz MMC: Nəqliyyat və logistika şirkəti, çatdırılma və ixracat ehtiyaclarımızı təmin etmək üçün yaradılmışdır. Hava yükü, dəmir yolu, yük maşını və konteyner daşımaları da daxil olmaqla hər cür logistika xidmətləri təklif edir, hətta layihə göndərmələri şirkətin bacarıqlı komandasının səlahiyyəti daxilindədir. Ticarət şirkətimiz ULU CARDENS markası ilə istehsal etdiyimiz məhsulları Rusiya və Ukrayna bazarlarında satışını təşkil edir. Müştərilərimiz üçün dayanıqlı və etibarlı təchizatçı və partnyor olmağımız digər təsərrüfatlarında məhsullarının eyni marka ilə ixracını həyata keçirməyimizə imkan yaradır. İxrac coğrafiyasının genişləndirilməsi üçün daim danışıqlar aparılır. Təcrübəli komandamız dünyanın ən böyük sərgilərində iştirak edir, öz təcrübələrini və əlaqələrini artırmağa nail olurlar. Bunlara misal olaraq, Fruit Logistica Berlin, Sial Paris, World Food Moscow, World Food Dubai, Anuga China sərgilərini qeyd etmək olar.